İran

Siyasi məhbus Hamzə Səvarinin Ələhvazın Karun zindanındakı vəziyyətlə bağlı raporu: Çoxları işgəncə və zorakılığa məruz qalıb

Daha öncə 8 il Ələhvazdakı Karun zindanında saxlanılan və indi Kərəcin Rəcaişəhr zindanında tutulan siyasi məhbus Həmzə Səvari Ləfte yazdığı məktubda Ələhvaz zindanında məhbuslara verilən daimi işgəncələrə toxunub.

Siyasi məhbusun yazdığına görə, onun özü də Karun zindanında “ən amansız” fiziki işgəncələrə uğrayıb, “təhqir və nalayiq sözləri” eşidib və “orta əsr dövrünü xatırladan təkadamlıq zindanlara” salınıb.

Siyasi məhbus yazır ki, dərmana və müalicəyə ehtiyacı olan Məhəmməd Səvari adlı məhbuslardan biri “Ələhvazın qızmar günəşi altında qandallarla çarmıxa çəkilib və elə oradaca ayaq üstə can verib”.

Həmzə Səvari bu yaxınlarda Evin zindanından yayımlanan videolara istinad edərək yazır ki, “İran zindanlarının gül-çiçəyi olan” Evinin vəziyyəti bu qədər nəzarət altında belədirsə, o zaman başqa zindanlarda, özəlliklə də başqa şəhərlərdə hansı faciələrin baş verdiyini təxmin etmək olar”.

O qeyd edib ki, Əhvazdakı Karun zindanının bağlanması ilə məhkumların hüquqlarının pozulmasını araşdırmaq üçün hətta bir cinayət işi belə açılmayıb və zindan işçiləri eyni düşüncə ilə, həmin məhkumlarla birlikdə Şeyban zindanına köçürülüblər.

Related Articles

Bir cavab yazın

Back to top button