
Həbsdə olduğu müddətdə Lakstaniyə lazım olan dərmanların dayandırılması onun səhhətinin pisləşməsinə səbəb olub. Buna baxmayaraq, fiziki və mənəvi işgəncələr, təzyiqlər onun zülmə qarşı mübarizə əzmini qıra bilməyib:
“Rejim səhvən zənn edir ki, azadlıq ideyalarının yayılmasının qarşısını işgəncə və həbslə ala bilər. O, ideyaların xalq arasında kök salmasından və repressiyaların yalnız onların alovlanmasına səbəb olacağından xəbərsizdir”.