İran

Sistan və Bəlucistanda silahlı qarşıdurma olub

İranın etnik bəlucların kompakt yaşadığı Sistan və Bəlucistan əyalətinin Rask şəhərinin polis məntəqəsinə silahlı hücum olub.

Bu barədə Bəluc Fəallarının Kampaniyası və İran mediası məlumat yayıb.

Bildirilib ki, səhər saat 02:00 radələrindən başlayan silahlı hücum zamanı polis bölməsində güclü partlayışlar olub.

Rask şəhərinə çox sayda xüsusi qüvvələrin yeridildiyi, kəşfiyyat PUA-larının havaya qaldırıldığı bildirilib.

Bəlucların “Ceyşül Ədl” silahlı qruplaşması bəyanat yayaraq hücumun məsuliyyətini öz üzərinə götürüb.

Səhər saatlarında İranın “Fars” xəbər agentliyi polis komandanlığının bəyanatını yayaraq hadisəni təsdiq edib.

Silahlı qarşıdurma zamanı 12 polis əməkdaşının öldürüldyü, 7 polisin yaralandığı bildirilib.

Related Articles

Bir cavab yazın

Back to top button