Ersin Tatar Birləşmiş Millətlər Təşkilatının qərargahında baş katib Antonio Quterreşlə görüşündən sonra mətbuata açıqlama verib.
Ersin Tatar Antonio Quterreşlə keçirdiyi görüşdə danışıqları Krans Montanada qaldığı yerdən davam etdirməyəcəklərini ifadə edib.
E.Tatar Quterreşin Kıbrısdakı xüsusi nümayəndəsi Maria Anqela Holquin Cuelların səlahiyyət müddətinin yarısını tamamladığını xatırladıb və tərəflər arasında ortaq nöqtənin olub olmadığını qətiyyətlə araşdırdığını bildirib.
Quterreşə Kıbrısdakı türklərinin beynəlxalq ictimaiyyətin tətbiq etdiyi embarqo və təcriddən məyus olduğunu dediyini ifadə edən E.Tatar deyib: “Kıbrıs türklərini məhdudlaşdırmaq, onların iqtisadi inkişafına mane olmaq böyük ədalətsizlikdir”.
Ersin Tatar “görünməz əlin” Kıbrısdakı türkləri görməzdən gəldiyini və onları Kıbrıs Respublikasının bir parçası kimi göstərməyə çalışdığını ifadə edərək deyib: “Bu heç bir şəkildə qəbululedilməzdir”.
Kıbrısdakı türklərin 1960-cı ildə “Kıbrıs Respublikasının qurucu ortaqları” olduğunu xatırladan Ersin Tatar deyib:”Beynəlxalq ictimaiyyət hazırda adada iki xalq və iki ayrı demokratik dövlətin olduğunu qəbul etməlidir”.