Mürəxəsi müddəti başa çatmış azərbaycanlı mədəni fəal, siyasi məhbus Əlirza Fərşi Tehran zindanına qayıdıb. Belə ki, ordibehiştin 22-də fəalın müalicəsi üçün nəzərdə tutulmuş mürəxəsi müddəti başa çatıb.
Qeyd edək ki, Əlirza Fərşinin gözlərinin cərrahi əməliyyatı mürəxəsi müdətinin az olduğundan baş tutmayıb. Məsələ ilə bağlı doktorun nəzərinə baxmayaraq, zindan məsulları fəalın mürəxəsi müddətinin uzadılmasından imtina ediblər.
Siyasi məhbus Əlirza Fərşi iki aylıq mübarizədən və zindan məsullarının qanunsuz məhdudiyyətlərindən sonra 500 milyon tümən vəsiqə qarşılığında ordibehiştin 18-də 3 günlük müalicə mürəxəsisinə gedib.
2020-ci il septambrın 8-də Tehranın Evin zindanından “Fəşafuyə” zindanına köçürülən azərbaycanlı siyasi məhbus avrilin 17-də yaxınları ilə telefonla danışıb. O, bildirib ki, avrilin 5-də zindanın baxan qazisindən aldığı bildirişdə onun 10 mars 2020-ci il tarixində girov qarşılığında mürəxəsiyə göndərilməsinə qərar verilib. Ancaq o bu qərarın ona bir neçə həftə gec bildirilməsinə baxmayaraq, yenə də mürəxəsiyə göndərilməsinə icazə verilmədiyi deyilib.