Bu barədə ölkənin rəsmi dövlət mediası məlumat yayıb.
Serkal rayonunun Kurin bölgəsində PUA-lar vasitəsilə keçirilən əməliyat nəticəsində 3 nəfərin öldürüldüyü bildirilib.
SEPAH və Daxili İşlər Nazirliyi öldürülən şəxslərin iki gün əvvəl 10 polis əməkdaşının ölümü ilə nəticələnən silahlı hücumda iştirak etdiklərini deyib.
SEPAH-a məxsus PUA-larla həyata keçirilən əməliyyatda öldürülənlərin hansı təşkilata mənsub olduqları barədə açıqlamaverilməyib.
Öldürülən silahlı şəxslərin kimliyi və hansı qruplaşmaya mənsub olduqları barədə məlumat verilməyib.
Qeyd edək ki, iki gün əvvəl Sistan və Bəluçistan əyalətinin Təftan rayonunun Qohərkuh bölgəsində iki polis avtomobilinə silahlı basqın nəticəsində 10 polis əməkdaşı öldürülüb.