Bunu SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandiri Əlirza Təngsiri Livanın Hizbullah terror təşkilatına məxsus “Əlməyadin” nəşrinə müsahibəsində deyib.
“Təhlükə bəzən şifahi, bəzən də əməldə olur. Qonşu ölkəmiz BƏƏ-də bizə qarşı təhdidin olduğunu hiss edirəm. Biz bilirik ki, bu məqamda sionistləri gətirmək iqtisadi iş üçün deyil. İndi onlar faktiki olaraq təhlükəsizlik və hərbi işlərlə məşğuldurlar, bu təhlükədir və bu baş verməməlidir”,- Təngsiri İsraillə BƏƏ-nin əməkdaşlığının Tehran hakimiyyətinə qarşı təhdid olduğunu söyləyib.
O, dolayısı yolla BƏƏ-nin hədələyib və İsrailin bu ölkədəki mövcudluğunun qonşuluq və müsəlmanlığa uyğun olmadığını iddia edib.
Təngsiri başqa İran rəsmilərinin iddialarını təkrar edərək, bölgə ölkələrinin İsrail dövləti ilə münasibət qurmalarını tənqid edib.