İran

SEPAH İraqdakı hərbi bazaya hücuma görə məsuliyyəti öz üzərinə götürdü

SEPAH-ın Dəniz Qüvvələrinin komandanı Əli Təngsiri deyib ki, “Eyn əl-Əsəd” bazasına hücum bizim cavabımızın bir nümunəsidir.

SEPAH-ın Dəniz Qüvvələrinin komandanı Əli Təngsiri deyib ki, “Eyn əl-Əsəd” bazasına hücum bizim cavabımızın bir nümunəsidir.

“Aznews tv” xəbər verir ki, İraqın qərbindəkı əl-Ənbar vilayətində yerləşən “Eyn əl-Əsəd” hərbi bazasına ötən gecə qarşısı alınan insansız uçaq hücumunun ardından Təngsiri amerikalı hərbi məsləhətçilərin olduğu bazaya hücumun məsuliyyətini öz üzərinə götürüb.

Təngsiri yanvarın 6-da mətbuata verdiyi açıqlamasında bildirib: “Sözügedən hərbi bazaya hücum əməliyyatı bizim cavabımızın bir nümunəsidir”.

O, Amerika qüvvələrinin bölgədə təhdid olduğunu vurğulayaraq, Hörmüz Boğazının bağlanılması ilə bağlı növbəti təhdidlər səsləndirib.

Xatırladaq ki, İraqın Əmniyət Orqanının Mətbuat Xidməti yanvarın 6-da ötən gün əl-Ənbar vilayətində İraq Hərbi Hava Qüvvələri komandanlığının hərbi bazasına bilinməyən insansız uçağın yaxınlaşmaq istəyərkən hava hücumundan müdafiə sistemləri tərəfindən qarşısının alındığını vurğulayaraq bildirib ki, həmin dron “Eyn əl-Əsəd” hərbi bazasından kənarda vurulub.

Related Articles

Bir cavab yazın

Back to top button