“Biz Amerikanın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatları siyahısından çıxarılması ilə bağlı İranın israrlı tələbinə boyun əymək niyyətində olması ehtimalından dərin narahatıq”-deyə, Bennet bazar günü İsrail Nazirlər Kabinetinin həftəlik iclasında deyib.
Ağ Evin sözçüsü Cen Saki martin 18-i axşam SEPAH-ın xarici terror təşkilatları siyahısından çıxarıla biləcəyi ilə bağlı xəbərlərə cavab olaraq danışıqların aparıldığını təsdiqləyib.
Təfərrüatlara varmaq istəmədiyini bildirən xanım Sakinin fikrincə, mövcud vəziyyət Amerikanın daha təhlükəsiz olmasına kömək etməyib, tərsinə bu durum faktiki olaraq İnqilab Keşikçiləri Korpusunun gücünü artırıb.
Naftali Bennet bununla yanaşı yaz bayramı münasibətilə yayınladığı mesajda İranda yaşayan xalqlarla eyni təhlükədən əziyyət çəkdiklərini söyləyib.
“Biz bilirik ki, aqressiv İran rejimi sizin seçdiyiniz nümayəndə və hökumət deyil. O hökumət sizin haqqınız olan azadlığı yaşamağınıza imkan vermir”-deyə, Bennet deyib.
Qeyd edək ki, İsrailin baş naziri Naftali Bennett və ölkənin xarici işlər naziri Yair Lapid martin 18-də birgə brifinq keçirib və bəyanat yayıblar.
Bəyanatda SEPAH amerikalılar da daxil olmaqla minlərlə insanı qətlə yetirmiş terror təşkilatı olduğunu vurğulanır.
Onlar Amerikanın bu təşkilatı terrorçu qruplar siyahısından çıxaracağına inanmağın çətin olduğunu bildiriblər.
“SEPAH Livanda “Hizbullah”, Qəzzada “İslami Cihad”, Yəməndə Husilər və İraq yarım hərbi dəstələrdir.
İnqilab Keşikçiləri keçən il də daxil olmaqla, Yaxın Şərqdə Amerika mülki vətəndaşlarına və əsgərlərinə qarşı hücumlara görə məsuliyyət daşıyırlar. Onlar həmçinin Amerika hökumətinin yüksək rütbəli məmurlarına sui-qəsd planına görə məsuliyyət daşıyırlar.
İnqilab Keşikçiləri Livanı yerlə-yeksan etməklə yüz minlərlə suriyalı mülki şəxsin öldürülməsində iştirak ediblər. Onlar İran xalqına qarşı cinayət repressiyalarına görə məsuliyyət daşıyırlar. Yəhudiləri yəhudi olduqları üçün, xristianları xristian olduqları üçün, müsəlmanları isə təslim olmadıqları üçün öldürürlər”-deyə, bəyanatda bildirilib.