
Şadqan qubernatoru Səid Hacian Xuzistan əyalətinin Darxovin rayonunun Bəsic komandiri Əbdülhüseyn Mojdaminin ölümünü təsdiq edərkən deyib: “Bu komandir çərşənbə günü səhər evinin qarşısında naməlum şəxslər tərəfindən “Kalaşnikov”dan atılan güllə ilə öldürülüb. Onu pusquya salmışdılar”.