
Suriyada terror təşkilatı PKK-nın işğalı altında olan ərazilərdə xidmət göstərən ABŞ əsgərləri Haseke əyalətindəki neft sahəsinə çatmaq istəyən rus əsgərlərini dayandırıblar.
Haberglobal.com-un məlumatına görə, ABŞ qoşunları rus patrulundan Hasekenin şimal-qərbindəki Amuda bölgəsindən geri dönmələrini istədikdə tərəflər arasında qısamüddətli gərginlik yaşanıb.
ABŞ aviabazasının yerləşdiyi Rümeylana çatmasının qarşısı alınan rus əsgərləri daha sonra gəldikləri nöqtəyə qayıtmalı olublar.