“İrana təzyiqləri artırmaq üçün bütün işləri görməliyik. Biz SEPAH-a tamamilə sanksiyalar tətbiq etmişik. Əlavə hərəkətlər lazım deyil” Devid Kemeron deyib.
Nazir Lordlar Palatasının Beynəlxaql Əlaqələr Komitəsində çıxışı zamanı həmçinin vurğulayıb: “açıq danışım. SEPAH-ı terrorist təşkilatları siyahısına salmaqda bir problem var.
O da, budur ki, bu işi görsək onsuz da az olan diplomatik əlaqələr tamamilə kəsilər. Bu isə Britaniyanın maraqlarına uyğun deyil”.