Site icon Aznews TV

SEPAH etnik bəlucları güllələdi: ölənlər və yaralananlar var

Atəş nəticəsində 12 nəfər ölüb və yaralanıb, onlardan üçünün – Ükrullah Rigi, Əsgər Sasuli və Əbdülvase adlı şəxslərin kimliyini müəyyən etmək mümkün olub.

Eyni gündə Səravanın İsfəndək sərhəd bölgəsində də oxşar hadisə baş verib və hökumət qüvvələri 18 yaşlı Fərhad Sepahini öldürüb, yaralanan 3 nəfəri isə həbs edib.

Qeyd edək ki, İranda yoxsulluq və işsizliyin son həddə çatdığı bir vaxtda ölkənin ən yoxsul bölgəsi olan Sistan və Bəlucistanın əhalisi ailələrini dolandırmaq üçün pərakəndə yanacaq alverinə məcbur olurlar.

Hökumət məmurları hər il pərakəndə yanacaq satışı ilə məşğul olan onlarla etnik bəlucu  güllələyərək öldürür.

Exit mobile version