
İran İnqilabı Keşikçiləri Korpusunun zabitlərinin komandanlığı altında Əfqanıstan vətəndaşlarından ibarət “Fatemiyyun briqadası”nın yaraqlıları Suriyanın Deyr əz-Zor bölgəsinin şərqində öz təsir zonalarında hərbi döyüşləri davam etdirirlər.
Suriya İnsan Haqları Monitorinq Təşkilatının məlumatına görə, bu yaraqlılar SEPAH zabitlərinin komandanlığı altında Fəratın qərbindəki Əl-Məyadin səhrasında, Deyr əz-Zorun şərq ətraflarında birbaşa toqquşmalar, habelə qısa və orta mənzilli top atışlar üçün yeni təlimlər keçirib.