Dünya

Seneqalda prezident seçkiləri təxirə salındı – Küçələr döyüş meydanına çevrildi

Seneqalda fevralın 25-də keçiriləcək prezident seçkilərinin qeyri-müəyyən müddətə təxirə salınması ölkəni xaosa çevirib.

ANT xarici mediaya istinadən xəbər verir ki, paytaxt Dakarda etirazçılar küçələri döyüş meydanına çevirib və nümayişçilərlə polis arasında qarşıdurma yaranıb.

Prezident Macky Sallın parlament və Konstitusiya Şurası arasındakı böhranı əsas gətirərək prezident seçkilərini təxirə salması müxalifətdən ağır tənqidlərə məruz qalıb. Bəzi müxalifət prezidentliyə namizədlər normal şəraitdə dünən rəsmən başlayacaq seçki kampaniyası cədvəlinə sadiq qalacaqlarını bildirərək Dakarda görüş çağırıblar.

Təhlükəsizlik qüvvələri şəhərin müxtəlif nöqtələrində, xüsusilə də Saint-Lazare qovşağında toplaşan kütləyə bibər qazı ilə müdaxilə edib. Keçmiş baş nazir, siyasətçi Aminata Ture, prezidentliyə namizəd Daouda Ndiaye və Anta Babacar saxlanılıb. Nümayişçilər şəhərin bəzi əsas keçid məntəqələrində təkər yandıraraq nəqliyyatın hərəkətini dayandırıb və polisin müdaxiləsinə daş ataraq cavab veriblər. Bəzi küçələrdə Fransa bayraqlarının yandırıldığı görülüb.

Related Articles

Bir cavab yazın

Back to top button