İran

Saxlanılmış 3 bəhainin vəziyyəti hələ də qeyri-müəyyəndir

Ötən ilin iyulundan dekabrın 18-dək olan zaman kəsiyində saxlanılmış İran bəhailəri: Keyvan Rəhimian, İman Rəşidi və Yekta Fəhəndij Sədinin vəziyyətlərinə hələ də aydınlıq gətirilməyib.

Onlar Tehran, Yəzd və Şiraz şəhərlərində  İran hakimiyyətinin təhlükəsizlik idarələri tərəfindən əsassız ittihamlarla saxlanılıblar. Hal-hazırda Rəhimian Tehran şəhəri Evin Həbsxanasında, Rəşidi Yəzd, Yekta Şiraz şəhəri həbsxanalarında saxlanılırlar.

Məlumata əsasən, Rəşidi sonuncu müdafiəsini edib və ona qarşı açılmış iş üzrə tədqiqat bitirilib. Lakin hələ də işi Yəzd şəhəri Məhkəməsində baxılmaz qalıb.

#İran #behai

Related Articles

Bir cavab yazın

Back to top button