
Türkiyədə son sutka ərzində 222 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazirin sözlərinə görə, 5203 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 16 199, virusa yoluxanlar isə 1 809 809 nəfərə çatıb.
Türkiyədə indiyədək 1 581 565 pasiyent (son sutkada 20 191 nəfər) sağalaraq evə buraxılıb.