Site icon Aznews TV

Salmasda xüsusi iqtisadi bölgənin yaradılması ilə bağlı son durum

Qərbi Azərbaycanın Salmas şəhristanında Xüsusi İqtisadi Bölgənin yaradılması işləri davam etdirilir. Bu barədə İslami Şura Məclisinin rəis müavini Əli Nikzad açıqlama verib. “Salmas Şəhrdarisinin gəlir mənbəyi çox az olduğu üçün həmin bölgənin hazırlanmasına qadir deyil. Bölgənin yaradılması yönündə əvəzsiz təshilatın verilməsi və İMİDRO kimi iri şirkətlərin cəlb olunması üçün çalışırıq. Beləliklə, özəl bəxşin bu bölkəyə gəlməsi üçün lazım olan alt quruluşlar təmin olunacaq” ,-deyə o, bildirib. Əli Nikzad Qərbi Azərbaycanın kürd Ustandarı Şəhryarı ilə birlikdə Salmas şəhristanın Xüsusi İqtisadi Bölgəsinin tikiləcəyi yerə baxış keçirib. O, özəl bəxşin gəlməsi ilə bölgədə iqtisadi canlanma olacağına ümid etdiyini bəyan edib. Mənzil sahəsi üzrə fəaliyyət göstərənlərin həmkarlıqları ilə buranın ənbuh tikintisi üçün tərhin hazırlandığı deyilib.
Tərhdə bu sahədə dəllalçılığın qarşısını almaq məsələsi də nəzərdə tutulub. Bildirək ki, Qərbi Azərbaycanın Salmas şəhristanın qədim adı Dilməqan olub. Pəhləvilər dövründən bəri Güney Azərbaycana qarşı başladılmış asimilasion siyasəti davam etdirilir. Beləliklə, İran İslam Cümhuriyyəti şəhristanın adını Dilməqana qaytarmaq əvəzinə Salmas olaraq dəyişdirib. Dilməqan şəhərinin çevrəsində edilmiş qazıntılara görə, buranın 9 min illik tarixi var. Qeyd edək ki, Qərbi Azərbaycanın Dilməqan şəhristanı cəmiyyətinin əksəriyyəti Güney Azərbaycan türküdür. Qərbi Azərbaycanın etnik tərkibinin min illərlə yerli sakinlər olan türklərdən kürdlərin xeyrinə dəyişdirilməsi də həmin siyasətin davamıdır. Nəticədə bu şəhristana kürdlərin yerləşməsi artıb.

Exit mobile version