Azərbaycan

Sabiq SEPAH komandiri Davud Abbasi Mərəndin fərmandarı təyin edilib

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən biri Davud Abbasi Şərqi Azərbaycan əyalətinin Mərənd şəhərinin icra başçısı (fərmandar) təyin olunub.

Şərqi Azərbaycan valisi Zeynəlabdin Rəzəvi Xurrəmin hökmü ilə yeni vəzifəyə təyin olunan hərbçi bundan öncə əyalətin SEPAH-ın Əhər şəhəri üzrə komandiri olub.

Qeyd edək ki, Zeynalabdın Rəzəvi Xürrəm SEPAH-ın Qərbi və Şərqi Azərbaycan əyalətlərindəki komandirlərindən olub.

O, 2021-ci ilin oktyabr ayında Şərqi Azərbaycan əyalətinə vali (ostandar) təyin edilib.

Bununla da SEPAH-ın İbrahim Rəisi hökumətindəki nüfuzu və həssas postları və nazirlikləri ələ keçirməsi prosesi daha da gücləndirilib.

Hazırda İbrahim Rəisinin hökumətində nazir postunda olanların demək olar ki, hamısı, o cümlədən də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan SEPAH terror təşkilatının və onun “Qüds” briqadasının keçmiş komandirləri olublar.

Related Articles

Bir cavab yazın

Back to top button