Bölgə

Səudiyyə Ərəbistanı: İranın yürütdüyü siyasəti böyük narahatlıqla izləyirik

"Azanews tv" xəbər verir ki, Salman bin Əbdüləziz Əs-Səud ölkə parlamentində illik çıxışı zamanı bildirib: "İranın bölgənin təhlükəsizliyini və sabitliyini pozan və təhdid edən siyasətini böyük narahatçılıqla izləyirik".

Səudiyyə Ərəbistanı kralı İranın bölgədə əmniyət və sabitliyi pozan siyasətini böyük narahatlıqla izlədiklərini deyib.

“Aznews tv” xəbər verir ki, Salman bin Əbdüləziz Əs-Səud ölkə parlamentində illik çıxışı zamanı bildirib: “İranın bölgənin təhlükəsizliyini və sabitliyini pozan və təhdid edən siyasətini böyük narahatçılıqla izləyirik”.

O, habelə qeyd edib: “İran qonşu ölkələrdən biridir. Ona görə də, ümid edirik ki, Tehran bölgədəki mənfi siyasət və davranışlarını dəyişəcək, müzakirə və əməkdaşlığa doğru addım atacaq”.

“Böyük narahatlıqla İranın siyasətini izləyirik. İran firqəçi proksi (نیابتی) qruplaşmalar yaradaraq onları maliyyələşdirir və sistematik olaraq region ölkələrində öz hərbi gücünü genişləndirir”, – deyə o əlavə edib.

Kral Salman sonda vurğulayıb ki, İran nəinki dövlətə qarşı döyüşən husiləri dəstəkləməklə Yəmən müharibəsini uzadır, həm də Səudiyyə Ərəbistanı təhdid edir.

Related Articles

Bir cavab yazın

Back to top button