Dünyaİran

Səudiyyə Ərəbistanı İran təyyarələrinin ölkənin hava məkanına daxil olmasına icazə verməyib

Rəsmi mənbələr Səudiyyə Ərəbistanının İranın Meraj Hava Yollarına məxsus iki təyyarənin ölkəyə girişinə icazə vermədiyini bildirib.

İran Hava Yollarının baş direktoru Şəmsəddin Fərzadipur bu barədə açıqlama verib. O bildirib ki, təyyarələr bu ölkə ərazisində olan vətəndaşlarını geri qaytarmaq üçün Səudiyyə Ərəbistanına gedirmiş:

“Səudiyyə Ərəbistanı səbəb göstərmədən “Merac” təyyarələrinin ölkənin hava məkanına daxil olmasını qadağan edib”.

Qeyd edək ki, Meraj Hava Yolları SEPAH-nin nəzarətindədir və regionda İrana dəstək verən və silah daşıyan proksi qüvvələrlə əlaqəli olduğu bilinir.

Adıçəkilən aviaşirkətin adı Qərbin tətbiq etdiyi sanksiyalar siyahısında yer alır.

Related Articles

Bir cavab yazın

Back to top button