Bunu Şərqi Azərbaycan əyalətinin Millət Vəkilləri Birliyinin başçısı Əlirza Novin deyib.
Təbrizin İran parlamentindəki nümayəndəsi bu problemin həlli üçün Şərqi Azərbaycan İnkişaf bankının təsis edilməsinə çalışdıqlarını söyləyib.
O, bankın yaradılmasının Şərqi Azərbaycanın özünü təmin məsələsində əhəmiyyətli rol ynayacağı üçün, millət vəkllərinin bunun reallaşması üçün səy göstərdiklərini bildirib.
Qeyd edək ki, bundan əvvəl Təbriz Ticarət Palatasının sədri Yunes Jailə Şərqi Azərbaycanda özəl bankların açılamasına icazə verilmədiyi barədə açıqlama verib.
“Şərqi Azərbaycan əyaləti yüksək potensialına, özəl sektorun investisiyalar sahəsindəki geniş imkanlarına baxmayaraq, maliyyə vəsaitlərinin ayrılmasında minimum paya malikdir”,- Ticarət Palatasının başçısı gileylənib.
O, bankların resurslarının 70%-nin Tehran tərəfindən istifadə edildiyini söyləyib.
Jailə, “milli maraqlar”a uyğun olmadığı bəhanəsi ilə 2022-ci ildə İran rəsmilərinin Şərqi Azərbaycan əyalətində özəl bankın yaradılmasının qarşısını aldığını açıqlayıb.