İran

Şərqi Azərbaycanın milli abidələrinin sayi 35-ə yüksəlib

Şərqi Azərbaycan ustanının üç təbii əsəri milli əsərlər listində səbt olunub. Bu əsərlər Xudafərinin Buyduz kəndində yaşlı ağaclar, Şəbüstərin Kuzəkünan kəndinin çoxyaşlı Qara Ağacı və Mərəndin Darandaş kəndinin yeddili şəlaləsidir. Bu barədə Ustanın Fərhəngi Miras, Turizm və Əl Sənayesi İdarəsinin baş müdiri Əhməd Həmzəzadə bilgi verib. Onun sözlərinə görə, təbii əsərlərin milli miras listində səbt olunması, həmin əsərlərin ustanın turizm cazibələri kimi tanınmasına böyük təsiri var. Belə ki, 3 təbii əsərin səbt olunması ilə təbii əsərlərin sayı 35-ə yüksəlib.
“Ustanın Fərhəngi Miras İdarəsi bir neçə ildir ki, çoxyaşlı ağacları milli əsərlər listində səbt etdirməklə onların qorunmasına çalışır. Bu məqsədlə indiyədək Azərbaycanın 23 çoxyaşlı ağacı milli listdə səbt olunub. Təbii əsərlər üzrə 3 şəlalə – Şəbüstərin Səriskənd kəndinin şəlaləsi, Vərziqanın Gülaxır kəndinin şəlaləsi və Mərəndin Darandaş kəndinin yeddili şəlalələri milli əsər adını qazanıb”, – deyə Əhməd Həmzəzadə bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button