Səfəvilər dövrünə aid olan abidənin 2004-cü ildə İran Milli Əsərlər siyahısına salınmasına baxmayaraq, bərpası və qorunması üçün iş görülmədiyi bildirilib.
Qeyd edək ki, Güney Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Şərqi Azərbaycan əyalətində onlarla tarixi abidə yox olmaq üzrədir.
Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin yerli bölmələri tarixi abidələrin bərpası və qorunması üçün mərkəzdən yetərli büdcə ayrılmadığını deyirlər.