Şərqi Azərbaycan vilayətinin Tibbi Ekspertiza Mərkəzinin bildirdiyinə görə, bu ilin ilk 7 ayında vilayətdə baş vermiş iş qəzaları səbəbilə 59 fəhlə həlak olub.
Tibbi Ekspertiza Mərkəzinin sədri Əli Səfayi-Fərd bu haqda dövlət agentliyi İRNA-ya məlumat verib.
Səfayi-Fərdin sözlərinə görə, vilayətdə iş qəzalarında ölənlərin sayı keçən ilə müqayisədə 26 faiz artıb.
“Bu ilin (1398 hicri ili) ilk 7 ayında baş vermiş iş qəzaları nəticəsində 59 nəfər həyatını itirib. Ölənlərin 15-i yüksəklikdən düşmək, 10-u sərt obyektə çarpmaq, 3-ü elektrik vurması və 1-i yanğın səbəbilə həlak olub. Həmçinin, bu müddətdə iş qəzalarında xəsarət alan 815 nəfər mərkəzimizə müraciət edibl.”
1397-ci hicri ilində Şərqi Azərbaycan vilayətində baş verən iş qəzalarında 73 fəhlə və işçi həlak olmuşdu.
İran İslam Respublikası iş təhlükəsizliyi standlarına görə, dünyada işçilərin ən çox ölüm riski ilə üzləşdiyi ölkələr arasındadır. (amerikaninsesi)