Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycan

Şərqi Azərbaycanda fövqəladə halların aradan qaldırılması üçün avadanlıq çatışmır

Şərqi Azərbaycan əyalətinin Böhran İdarəetmə Mərkəzinin rəhbəri Məhəmmədbaqir Hünərbər əyalətdə fövqəladə hallar üçün texniki avadanlıq çatışmazlığı yaşandığını deyib.

“Əyalətdə fövqəladə halların aradan qaldırılması üçün avadanlıq və vasitələrin çatışmazlığını inkar etmirik.

Bu avadanlıqları mərkəzdən almaq üçün bütün təşkilatlar müstəqil hərəkət etməlidir”-deyə, hürəbər Təbrizin “azərəncümən” saytına müsahibəsində bildirib.

Məhəmmədbaqir Hünərbər dəfələrlə təhlükələrə qarşı önləyici tədbirlərin görülməsi və texniki avadanlıqların əldə edilməsi üçün bələdiyyəyə və Şəhər Şurasına müraciət etdiklərini bildirib.

O, buna baxmayaraq məsələ ilə bağlı yeni büdcə ilində Təbriz üçün heç bir vəsaitin ayrılmadığını qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button