
Şərqi Azərbaycanın ustandarı Məhəmmədrza Purməhəmmədi tir ayının 4-ü tarixində “Şərqi Azərbaycan cəmiyyətinin yaşının çoxalması nigarançılıq doğuran məsələdir. Bu ustanda cəmiyyətin artım nirxi olkə üzrə orta artımından aşağıdır”, – deyə açıqlama verib. Şərqi Azərbaycan Ustanın İctimai, Fərhəngi Məsələləri Qadınların və Ailənin Sağlamlığı üzrə İş Quruhunun toplantısında iştirak etmiş Təbrizin Tibb Elmləri Danişqahınnı rəyisi Məhəmməd Hüseyn Somi də bu barədə danışıb. “Bizim ustan ölkənin 4 qocalmış ustanları sırasındadır. Yaşlıların artımının dəlillərindən biri ustanın altyapılarının zəyif olduğuna bağlıdır”, – deyə bildirib. Qeyd edək ki, Şəqri Azərbaycan Ustanının Səbt Əhval Baş İdarəsinin müdiri Əhəd Cavadi də 1.5 il əvvəl ustanın cəmiyyətinin nirxinin azaldığını bildirib.