Şərqi Azərbaycanda havanın çirklənməsi ilə bağlı göstəricilər yüksək həddə çatıb. Bu barədə Şərqi Azərbaycanın Baş Havaşünaslıq İdarəsinin Öngörənlik Qrupundan məlumat verilib. Qurum rəsmisi Məhəmməd Ümidfər bildirib ki, havanın çirklənməsi əsasən sənaye şəhərciklərində və əhalinin sıx yaşadığı bölgələrdə görünür. Bəhmənin 8-də havanın dəyişməz olacağı, ancaq həssas insanlar üçün uyğun olmayacağı bildirilib.
Qurumdan verilən məlumata görə, havanın çirklənməsinin qarşısının alınması məqsədilə sənaye vahidlərinə nəzarət gücləndirilməlidir.