Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

Şirazda qaşqay türkləri etiraz aksiyası keçiriblər

Qaşqay türkləri bu gün Fars əyalətinin mərkəzi Şiraz şəhərində yenidən etiraz aksiyası keçiriblər.

Bu barədə qaşqay mədəni fəallar məlumat yayıb.

Etiraza İran hökumətinin qaşqayların milli geyim və başqa mədəni atributlarının lur xalqı adına qeydiyyata alması olub.

Öz milli geyimlərində aksiyaya qoşulan qaşqaylar YUNESKO-dan qaşqayların milli atributlarının özgələşdirilməsinə reaksiya verməsini istəyiblər.

Onlar milli geyimlərinin başqa xalqın adına qeydiyyata alınasını hökumətin İranda türklərə qarşı ögey siyasətinin daha bir nümunəsi adlandırıblar.

Qeyd edək ki, İranın cənub və mərkəzi bölgələrində yaşayan Qaşqay türklərinin ortalama sayının 3 milyon civarında olduğu bildirilir.

İranın Kuhgiluyə və Böyirəhməd, İsfahan, Fars və Buşəhr əyalətlərində yaşayan qaşqay türklərinin torpaqları “Qaşqay yurd” adı ilə tanınır.

Related Articles

Bir cavab yazın

Back to top button