
Şərqi Azərbaycan əyaləti üzrə işsizlik nırxı yüzdə doqquzdur. Bu barədə isfənd ayının 27-də Şərqi Azərbaycanın əyalət başçısı bilgi verib. Məhəmmədriza Pur Məhəmmədinin sözlərinə görə, bu rəqəm ali təhsilli kişilər arasında yüzdə 25-ə, qadınlar arasında isə yüzdə 35-ə bərabərdir. Əyalət başçısı ötən onilliklərdə ölkədə danişqahların sayının artırılmasına diqqət çəkib. Ali təhsili bitirən şəxslərin işlə təmin edilməsinin gərəkliyini bildirib. Bu məsələyə diqqətsizliyi və planlaşdırmanın olmamasını tənqid edib.