
“Hazırda Şərqi Azərbaycan ölkədə vilayətlər arasında qocalma dərəcəsinə görə altıncı yerdədir. Bu prosesin davam etdirilməsi gələcəkdə Şərqi Azərbaycanda problemlər yaradacaq. Bunun qarşısını almaq üçün cəmiyyət arasında evlilik və uşaq dünyaya gətirmək təşviq edilməlidir.
Kütləvi informasiya vasitələri, mədəniyyət və akademik mərkəzlər, əhali və ailə sahəsində professorlar bu sahədə daha çox rol oynamalı, gənc cütlükləri uşaq sahibi olmağa təşviq etməlidirlər.
Şərqi Azərbaycanda üçdən çox uşaqlı ailələrin sayı azdır və ailələri daha çox uşaq sahibi olmağa təşviq etmək lazımdır. Bu planda hökumət üç və daha çox uşağı olan ailələrə müxtəlif dəstəklər, o cümlədən torpaqların pulsuz ayrılmasını nəzərdə tutmalıdır”.