Azərbaycanİran

Şərqi Azərbaycan dəm qazından ölənlərin sayına görə üçüncü yerdədir

Şərqi Azərbaycan əyalətində havaların soyuması və qaz subalarından istifadənin çoxalması ilə eyni vaxtda dəm qazından ölənlərin sayı artıb.

Cari günəş ilinin ilk 9 ayı ərzində Şərqi Azərbaycan əyalətində dəm qazından ölənlərin sayı 23 nəfərə çatıb.

Bu sahədə tehran əyaləti 29 ölümlə birinci, Xorasan-i Rəzəvi əyaləti isə 25 ölümlə ikinci yeri tuturlar.

Qeyd edək ki, Şərqi Azərbaycan məhkəmə sisteminin sosial məsələlər və cinayətkarlığın qarşısının alınması üzrə bölməsinin başçısı Əhməd Müvəqqiri dekabrın əvvəllərində verdiyi açıqlamada son 8 ay ərzində Şərqi azərbaycan əyalətində 28 nəfərin dəm qazından boğularaq öldüyünü və bunun ötən ilin eyni dövrü ilə müqayisədə artdığını bildirmişdi.

O, dəm qazından boğulma hallarının əsasən şəhərlərin aztəminatlı bölhgələrində yaşayan vətəndaşlar arasında baş verdiyini qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button