Azərbaycan

Şərqi Azərbaycan əyalətinin valisi Azərbaycan Respublikasına səfər edib

Şərqi Azərbaycan əyalətinin valisi Zeynəlabdin Rəzəvi Xurrəm yanvarın 24-də İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin başçılıq etdiyi nümayənin heyətinin tərkibində Azərbaycan Respublikasına səfər edib.

Şərqi Azərbaycan valisi və İran nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər çərçivəsində Füzuli rayonuna gedib.

Füzuli hava limanında onu Azərbaycan Respublikasının baş nazirinin müavini Şahin Mustafayev qarşılayıb.

Nümayəndə heyətinin iki günlük səfər çərçivəsində Azərbaycan Respublikasının baş nazirinin müavini və Rəqəmsal İnkişaf və Nəqliyyat naziri ilə görüşlərinin keçiriləcəyi nəzərdə tutulub.

İran mətbuatının verdiyi məlumata görə, səfərdə məqsəd nəqliyyat və tranzit sahələrində qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək və iki ölkənin birgə infrastruktur layihələrini həyata keçirməkdir.

 

Related Articles

Bir cavab yazın

Back to top button