
Şərqi Azərbaycan ustandarı əczaçılıq müşküllərindən söz açıb. Məhəmməd Riza Purməhəmmədi bildirib ki, ustanın 5 dərmandüzəltmə karxanasındakı problemlər qısa zamanda öz həllini tapacaq. Məsələ ilə bağlı Müqavimət İqtisadı adlı toplantıda məlumat verilib. Toplantıda dərmandüzəltmənin gəlişməsinə təsir edən əsas amillərin və müşküllərin həlli ilə ilgili fikir mübadiləsi aparılıb. Hazırda ustanda fəaliyyət göstərən dərmandüzəltmə karxanaları ümumilikdə 4500 ton dərman hazırlayır. Burada çalışan işçilərin sayı isə 1887 nəfərdir. Sözügedən sahənin gəlişməsi məqsədilə tədbirlər planının hazırlanacağı vurğulanıb.