AzərbaycanDünya

Sərhəddə gərginlik: Nikolun yeni eskalasiyada 4 məqsədi

Qarabağda mərkəzi hakimiyyətin bərpa edilməsi fonunda Ermənistanın snayper atəşi ilə əsgərimizi şəhid etməsi İrəvanın sərhəd gərginliyinə start verə biləcəyinin anonsu hesab edilə bilər. Paşinyan hakimiyyətinin sərhəddə mümkün eskalasiyada çoxtərəfli maraqlı var.

Sülh danışıqlarına hesablanmış gediş: İrəvan Qarabağdakı erməni əhalisinin “hüquq və təhlükəsizliyini” danışıqlarda kart kimi istifadə edir, bununla həm kommunikasiyanın açılması, həm də delimitasiya prosesində “güzəştlər” əldə edə biləcəyini umurdu, Bakının antiterror tədbirlərinin nəticəsində bundan məhrum oldular və bundan sonra Ermənistanın sərhədlə bağlı “güzgü prinsipi” planını – qoşunların qarşılıqlı geri çəkilməsi – gündəmdə saxlamaq üçün bir imkanı qalır: gərginliyi körükləmək;

Qranada görüşünə hazırlıq: İrəvan masada Qərb oyunçularının olmasını özü üçün fürsət hesab edir və sərhədlə bağlı istəklərini bu görüşdə irəli sürəcək; görüş öncəsi mümkün gərginlik isə Paşinyana iddialarını və istəklərini əsaslandırmaq imkanı verə bilər;

Moskvaya növbəti demarş: Ermənistan Rusiyadan uzaqlaşmaq, ölkənin təhlükəsizliyində digər qüvvələrin, xüsusilə Qərb ölkələrinin iştirakçılıq payını artırmaq xəttini tutub, hətta KTMT-dən çıxmaq məsələsini yenidən aktuallaşdıra bilər və bütün bu proses sərhəd gərginliyindən keçir;

Və Nikolun tezisinin təsdiq planı: Qarabağ məsələsi daxili siyasi seqmentdə Paşinyana qarşı əsas ittihamdır, narazı elektoratın bu məsələ üzərindən hakimiyyətə risklər yarada biləcəyi gözləntisi də az deyil; Paşinyan buna qarşı “Ermənistanı qorumaq” tezisini irəli sürür və istisna deyil ki, daxili siyasi gərginliyi sərhəddə yeni toqquşmalar üzərindən nəzarətdə saxlamağa çalışacaq.

Related Articles

Bir cavab yazın

Back to top button