
Bu barədə Ermənistan MN məlumat yayıb.
Nazirlik daha bir əsgərinin yaralandığını bildirib.
Daha təfərrüatlı məlumatın az sonra yayılacağı bildirilib.
Qeyd edək ki, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib. Nəticədə 3 hərbçimiz yaralanıb.
Ordumuz cavab tədbirləri görür.