Site icon Aznews TV

Sərabın 2700 illik daş kitabəsi tam məhv olmaq ərəfəsindədir

Sərab şəhərinin 2700 ildən artıq sivilizasiyasının əlaməti olan daş kitabə icazəsiz qazıntılar nəticəsində, insanların və məmurların biganəliyi ucbatından tamamilə məhv olmaq ərəfəsindədir.

Nəştaban daş kitabəsi Sərab şəhərindən 25 kilometr şərqdə, Qirx Qızlar (Nəştaban) kəndində yerləşir.

Uzunluğu 4,5 metr, eni 2,2 metr olan bu kitabə Nəştaban qalası yaxınlığındakı Qırx Qızlar dağının baş qayasına həkk olunmuşdur. Bu kitabə 13 sətirdən ibarətdir, ətraf mühit amillərinin təsiri ilə aşınması və insanların illərlə təması nəticəsində, demək olar ki, sonuncu sətir silinib.

Nəştaban yazısı Urartu dövrünə və II Argiştinin hakimiyyətinə (e.ə. 685-714) aiddir.

Exit mobile version