Azərbaycan

Sərəskənddə çörək qıtlığı yaşanır

Sərəskənddə çörək qıtlığı yaşanır. Bu barədə Sərəskənd şəhərinin başçısı Əlirza Turi məlumat verib.

Əlirza Turi mediaya verdiyi açıqlamada bildirib ki, bölgədə, xüsusilə Sərəskənd şəhəri və ətraf kəndlərində yaşanan çörək qıtlığının səbəbi un çatışmazlığıdır.

Başçı bölgə üçün nəzərdə tutulan un payının əhalinin ehtiyaclarını təmin etmədiyini, buna görə də bölgə sakinlərinin bundan əziyyət çəkdiyini deyib.

O, bu durumun çoxsaylı narazılıq müraciətləri ilə müşayiət olunduğunu söyləyib.

Turi xüsusilə son həftələr hava şərayitinə görə yolların bağlandığı üçün əhalinin çörək təminatı sahəsində ikiqat problemlə üzləşdiklərini qeyd edib.

Qeyd edək ki, son aylar Güney Azərbaycan bölgələridə daxil olmaqla İranın əksər əyalətlərində un və çörək qıtlığı yaranıb.

Cari günəş ilində çörək və un məmulatlarının qiymətinin kəskin artmasına baxmayaraq, qıtlıq səbəbindən çörək mağazaları qarşısında izdiham yaşanır.

Related Articles

Bir cavab yazın

Back to top button