Bu tələbə elan edib ki, iş hökmlərin icrasına çatan kimi ona ölkədən çıxış qadağası qoyulub. O, işlərində irəli sürülən ittihamlara görə bir sıra həbs və cərimələrə məhkum edilib.
Daha öncə Səpidə Raşnu təhsil aldığı Əl-Zəhra universitetinin nizam-intizam komitəsi tərəfindən iki semestr müddətinə təhsildən uzaqlaşdırılmışdı. Bundan sonra gənc “korrupsiyaya, fahişəliyə və rejimə qarşı təbliğatı təşviq etmək”də təqsirli bilinərək 6 ay həbs, 10 milyon tümən (~200 dollar) cərimə və 1 il müddətinə İnstagram sosial şəbəkəsindən istifadə qadağası cəzalarına məhkum edilmişdi.