
Əkinçilik səmləri yüzdə 200 bahalaşıb
Keçən ay içində səmlərin qiyməti yüzdə 100 ilə yüzdə 200 arasında bahalaşıb. Bu durum əkinçilərin narazılığına səbəb olub.
İran-ın Kirman ustanının Rəfsəncan şəhərinin Əkinçilik idarəsinin müdürü Abbas Hacəbdullahi dövlətin əkinçilər üçün nəzərdə tutduğu 4 min 200 tümənlik dövlət qiyməti ilə verilən doları qaldırdıqdan sonra bu bahalığın meydana gəldiyini bildirib. Hacəbdullahi bildirib ki səmlərdən başqa heyvan yeminin də qiyməti artıb . Damdarlar südün karxanalar tərəfindən 2 min 900 tüməndən alınmasını istiyir. Bu isə süd məhsullarının qiymətinin artmasına səbəb olacaq.
Yayılan xəbərlərə görə Qərbi Azərbaycanda saxta əkinçilik səmminin satıldığı ortaya çıxıb.