
İŞİD terror təşkilatının üzvü olan səkkiz yaşlı uşaq nigeriyalı şəxsi edam edib.
Lenta.ru-nun məlumatına görə, bu barədə terrorçuların sosial şəbəkədə fəaliyyətini izləyən “Site Intelligence Group” özünün “Twitter” səhifəsində bildirib.
New. There is NO end to #ISIS' immorality. A child, approx 8, featured in a vid by its Amaq Age executing Nigerian Christian prisoner under its #ISWAP in #Borno. Kid warns Christians: “We won’t stop until we take revenge for all the blood that was spilled” https://t.co/ZkqLfIxhVj pic.twitter.com/2Leqc714TU
— Rita Katz (@Rita_Katz) January 18, 2020
Məlumata görə, bununla bağlı yayımlanan kadrlarda üzünü bağlayan uşağın xristian olduğu ehtimal edilən nigeriyalıya atəş açdığı görünüb.
Qeyd edək ki, ötən ilin dekabr ayının sonlarında İŞİD-in Qərbi Afrika üzrə bölməsinin terrorçuları 11 xristian girovu edam etmişdi.