Səhəndin ailəsinin verdiyi məlumata görə, avqustun 8-də Kirman həbsxanasına köçürülməsi üçün ondan əşyalarının toplanması istənilib.
Qeyd edək ki, Səhənd Nurməhəmmədzadə 2022-ci il oktyabrın 4-də Tehran şəhərində həbs edilib və dekabrın 3-də barəsində edam hökmü çıxarılıb.
26 yaşlı gənc etiraz aksiyaları zamanı zibil qutularını yandıraraq yolu bağlamaqda, ictimai nəqliyyatın fəaliyyətinə mane olmaqda günahlandırılıb.
O, barəsində çıxarılan qərardan şikayət etdikdən sonra ölüm hökmü 10 il azadlıqdan məhrumetmə və 10 il sürgün cəzasına ilə dəyişdirilib.