Səhədin atası Cəfər Nurməhəmmədzadə “Emtedad”la söhbətində deyib: “Onlar əmr ediblər ki, oğlumun Kəhnucdaki sürgünü 10 illik sürgündə həbs cəzası şəklində həyata keçiriləcək”.
O əlavə edib ki, bununla bağlı məhkəmə prosesinin bərpası ilə bağlı istəyimizi məhkəməyə vermişik və onun cavabını gözləyirik. Çıxarılan hökmdə çoxlu ziddiyyətlərin olduğunu nəzərə alaraq ümid edirik ki, məhkəmə yenidən məhkəmə iclisaı keçirməyi qəbul edəcək”.
Səhənd Məhəmmədzadə həbs olunduqdan sonra 2022-ci ilin noyabrında müharibə ittihamı ilə ruhi işgəncələrlə müşayiət olunan edam cəzasına məhkum edilmiş, lakin sonradan bu cəza 10 il sürgünə və 6 il həbsə endirilmişdir.
Səhənd Nurməhəmmədzadə saxlanıldığı müddətdə məruz qaldığı fiziki və ruhi təzyiqlər barədə dəfələrlə məlumat verib. Keçən ilin dekabrında o, Tehran həbsxanasından səs faylı yayaraq üç dəfə “göstərməli edam edildiyini” bildirib.
O, ayrıca bildirib ki, həbs edildikdən sonra təhlükəsizlik əməkdaşları onu yaşadığı küçəyə aparıb və buranı bir daha görmək arzusunda olduğunu bildiriblər.
31 Mart 2023-ci ildə Səhənd Nurməhəmmədzadə BBC Farsca ilə müsahibədən sonra ümumi həbsxanadan Rəcaişəhr həbsxanasında bir nəfərlik kameraya köçürüldü.