![](https://www.aznews.tv/wp-content/uploads/2019/09/108970525_mediaitem108970523-1.jpg)
Səudiyyə Ərəbistanı neft obyektlərinə hücuma qarşı İrana istənilən, o cümlədən hərbi cavab verə bilər.
Aznews.tv xəbər verir ki, bunu Səudiyyə Ərəbistanın XİN rəhbəri Adel əl-Cübeyr deyib.
“Heç kim müharibə və gərginliyin artmasını istəmir. Biz bütün cavab addımlarını gözdəm keçiririk. Zaman yetişdikdə biz lazımi qərarı qəbul edəcəyik”, – deyə diplomat əlavə edib.
Qeyd edək ki, Ər-Riyad neft obyektlərinə hücumun arxasında İranın dayandığını hesab edir.
“Top İran tərəfdədir. Onlar gərək aqressiv hərəkətlərindən əl çəksin. İranla sülhəniyyət siyasəti heç bir nəticə verməyəck”, – deyə əl-Cübeyr vurğulayıb.
Aznews.tv