Site icon Aznews TV

Səudiyyə Ərəbistanı İran təyyarələrinin ölkənin hava məkanına daxil olmasına icazə verməyib

İran Hava Yollarının baş direktoru Şəmsəddin Fərzadipur bu barədə açıqlama verib. O bildirib ki, təyyarələr bu ölkə ərazisində olan vətəndaşlarını geri qaytarmaq üçün Səudiyyə Ərəbistanına gedirmiş:

“Səudiyyə Ərəbistanı səbəb göstərmədən “Merac” təyyarələrinin ölkənin hava məkanına daxil olmasını qadağan edib”.

Qeyd edək ki, Meraj Hava Yolları SEPAH-nin nəzarətindədir və regionda İrana dəstək verən və silah daşıyan proksi qüvvələrlə əlaqəli olduğu bilinir.

Adıçəkilən aviaşirkətin adı Qərbin tətbiq etdiyi sanksiyalar siyahısında yer alır.

Exit mobile version