Site icon Aznews TV

Rusların işğal etdiyi ərazilərdəki sərvətin həcmi.

“ANT” xəbər verir ki, bu barədə Ukrayna Baş nazirin birinci müavini, iqtisadiyyat naziri Yuliya Sviridenko deyib.

“Başa düşürük ki, bunlar, təəssüf ki, işğalçının əlində olan resurslardır. Aviasiya, müdafiə və tibb sənayesi üçün istifadə edilən titan da bu mübarizədə bizə qarşı istifadə olunacaq”, – o bildirib.

Ukraynalı nazir qeyd edib ki, kritik materiallardan danışırıqsa, Ukraynada əslində titan, litium, uran və nadir torpaq metallarının ehtiyatları var:

“Bizim vəzifəmiz təkcə xammalı ixrac etmək deyil, yataqların emalı və işlənməsinə investisiya cəlb etməkdir. Qarşımızda böyük vəzifə durur – geoloji məlumatları yeniləmək və təbii ki, emal sənayesinə investorları cəlb etmək”.

Exit mobile version