Rusiyada son bir gündə daha 28 776 nəfərə COVID-19 diaqnozu qoyulub.
Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 906 503 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 561 nəfər artaraq 51 912-yə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 319 520 nəfər sağalıb.