
Rusiyada daha 442 nəfər koronavirusdan həyatını itirib. Ölkə üzrə virusa tutulanların ümumi sayı isə 1,97 milyon nəfəri ötüb. Belə ki, son 24 saatda 22 410 nəfər koronavirus infeksiyonuna tutulub. Bununla da tutulma göstəricilərinin sayı 1 971 013 olub. Rusiyada koronavirus qurbanlarının sayı isə 33 931 nəfərə yüksəlib.
Qeyd edək ki, ölkə ərazisində ümumilikdə 1 475 904 nəfər virusdan müalicə olunaraq sağalıb, 461 178 nəfərin isə müalicəsi davam etdirilir.