Site icon Aznews TV

Rusiya yeni virusla bağlı Çinə sorğu göndərib

“ANT”xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Rusiya ikitərəfli əməkdaşlıq vasitəsilə Pekindən epidemioloji vəziyyətlə bağlı məlumat tələb edib.

Xatırladaq ki, Pekin Mikrobiologiya və Epidemiologiya İnstitutunun çinli alimləri gənə vasitəsilə ötürülən və sinir sisteminə zərər verən yeni virus aşkar ediblər. Xəstəlik insanlar üçün təhlükəlidir.

“WELV” infeksiyası olan xəstələrdə qızdırma, başgicəllənmə, baş ağrısı, halsızlıq və bel ağrısı, həmçinin ürəkbulanma, qusma və ishal kimi ümumi simptomlar müşahidə olunur. Laboratoriya testlərinin nəticələri bir çox xəstədə toxuma zədələnməsi və qan laxtalanması əlamətlərini göstərib.

Exit mobile version