Bu barədə TASS-a İranın Rusiyadakı səfirliyinin müşaviri Hadi Qudarzi bildirib. Onun sözlərinə görə, saziş, demək olar ki, hazırdır və yaxın vaxtlarda iki ölkənin hökumətləri səviyyəsində imzalanacaq. Artıq əməkdaşlıq başlayıb, elm və təhsil sahəsində BRİKS çərçivəsində proqramlar hazırlanıb.